Gələcəyin gözəl Rusiyasının bayrağı

Azadlıq və sülh simvolu

Azad Rusiyanın bayrağı nədir?

Ağ-göy-ağ bayraq azad Rusiyanın simvoludur. Bu bayraq Rusiya ordusunun Ukraynanı işğal etməsinə qarşı çıxan internet ictimaiyyəti tərəfindən hazırlanıb. Onun Twitter-də ilk dəfə qeyd olunmasının ertəsi günü xaricdəki ruslar qana boyanmış indiki Rusiya bayrağının əvəzinə ağ-mavi-ağ bayraqla dinc etiraz aksiyalarına çıxdılar. Bu bayraq sülh hərəkatının simvoludur.

Yeni bayraq niyə lazımdır?

Hazırda Rusiya Federasiyası hökumətinin istifadə etdiyi ağ-göy-qırmızı bayraq bütün dünyada qan, müharibə və təcavüz simvoluna çevrilib. Biz avtoritar rejimi və hərbçiliyi dəstəkləməyən insanlar bundan artıq istifadə edə bilmirik.

Niyə bu rənglər?

Bunun bir neçə səbəbi var.

  1. Yeni bayraq indiki Rusiya bayrağına bənzəyir, lakin müharibə və qan simvolu olan qırmızı zolaqsızdır. Biz onu ağ rənglə əvəz etmişik, çünki biz Ukrayna ilə sülhə can atırıq və dövlətimizdə insan hüquqlarına hörmət edilməsini tələb edirik. Azad Rusiyanın bayrağı hərbi ekspansiyanı qətiyyətlə rədd edir və xarici dövlətlərin ərazilərinə tarixi iddiaları rədd edir. Gələcəyin Rusiyasında avtokratiyaya, militarizmə, zorakılıq və qan kultuna yer yoxdur. Biz Rusiya tarixində müharibə kultu olmadan yeni bir səhifə açırıq.

  2. Ağ-göy-ağ bayraq Novqorod Respublikasının bayrağına və Velikiy Novqorodun müasir simvolizminə bənzəyir. Tarixi Novqorod Şimali Rusiyanın mərkəzi və bəlkə də Rusiya tarixində yeganə həqiqi demokratiya idi.

  3. Ağ-göy-ağ bayraq azad Belarusun ağ-qırmızı-ağ bayrağına bənzəyir. Biz qeyri-legitim hökumətə qarşı mübarizə aparan Belarus xalqı ilə həmrəyik.

  4. Lacıvərdi rəngli zolaq 1991-1993-cü illərdə Rusiya bayrağında olub, o, həddindən artıq tünd göy rəngi ilə əvəzlənib.

  5. Ağ rəng sülhü, saflığı və təbdirliyi simvollaşdırır, lacıvərdi (göy) həqiqət və ədalət üçündür.

  6. Yeni bayraq keçmişin simvolları üzərində parazitlik etməyən gələcək Rusiyanın simvoludur. Azad Rusiyanın bayrağı imperializm, militarizm və ölkəmizin avtoritar liderləri ilə birləşmələrdən azaddır.

Siz rejimi devirməyə çalışırsınız?

Xeyr. Ağ-göy-ağ sülh və azadlıq bayrağıdır. Ölkəmizin daxilindəki rusiyalılar gəliri, azadlığı, sağlamlığı və həyatını riskə atmadan aksiyalara qatıla bilməz. Xaricdəki rusiyalılar öz anti-müharibə mövqelərini ifadə etmək və Putin rejimi ilə əlaqəli olmayan ümumi bayraq altında çıxmaq istəyirlər. Ukraynalıların Ukrayna bayrağı, belarusların ağ-qırmızı-ağ bayrağı, bizdə isə ağ-göy-ağ bayrağı var.

Və indi onunla nə etməliyəm?

İstifadə edin. Aşağıdakı şəkillərdən istifadə edin. Sosial mediada yazılar hazırlayın. Onu istifadəçi şəkillərinə çevirin. FacebookInstagram səhifələrimizdə nümayiş olunmaq üçün şəkillərinizi və illüstrasiyalarınızı təqdim edin. Plakatları çəkin və çap edin. Bayrağı özünüz tikin. Onunla mitinqlərə gedin.

Twitter profil şəklinizə bir bayraq əlavə edin

Bayraq avatarları üçün Telegram botu

Profilinizə AMA ürəkləri və ya dairələri qoyun

Bütün bunları kim yaratdı?

İnsanlar. Yeni bayraq ideyası çoxlarının ağlına gəldi¹. Müharibə müdafiə hərəkatının simvolu kimi ağ-göy-ağ rəng seçimi təklif olunur. Bu sayt Mitia Morovov-Sheiner. Anonim Rusiya azərbaycanlısı bu saytı Azərbaycan dilinə tərcümə edib.

Göy rəngin hansı çaları düzgündür? Və hansı nisbətlərdə istifadə edilməlidir?

Bu sualın cavabı hələ yoxdur. Bu xalqın bayrağıdır. Əgər bayrağınız tanınacaq dərəcədə ağ-göy-ağdırsa, bu kifayət qədər yaxşıdır.

Mən 1991-1993-cü illərin rəsmi bayrağının mavi rənginə yaxın olan hazırkı tünd mavi rəngdən əhəmiyyətli dərəcədə açıq olan çalarları seçməyi tövsiyə edərdim.

Məsələn, AssezJeune mavi #0083d6 və 2:3 nisbətlərini tövsiyə edir.

Azure 1991-93 #088CE8 və 1:2-yə yaxın nisbətləri tövsiyə edirəm.

Detallar sizin ixtiyarınızdadır!

Amma mən Rusiya bayrağını bəyənirəm və heç nəyi dəyişmək istəmirəm!

Yaxşı, sadəcə ağ-göy-ağ bayraqdan istifadə etməyin. Və ya onu müharibə əleyhinə hərəkat simvolu kimi istifadə edin. Bu, milli bayraq layihəsi deyil. Bu, insanları bir araya gətirən simvoldur.

Bağlantılar

¹ Bayraq ideyası ilə bağlı tvitlər və yazılar:

  1. https://www.facebook.com/itsgonnabeokai/posts/10227954032741739

  2. https://twitter.com/Luckykirs/status/1497900572615315458

  3. https://twitter.com/ewglenah/status/1498607552057147393

  4. https://twitter.com/Alexeyprofi/status/1499110753403641865

  5. https://twitter.com/Inga_Kudracheva/status/1498607292870238209

  6. https://twitter.com/AssezJeune

Kipr, Norveç, Kanada və ABŞ-dakı mitinqlərdən fotolar

Əlaqə üçün